29 may 2024 01:29
325

İstanbul körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb- FOTO

28 May - Respublika Günü münasibətilə İstanbulun rəmzlərindən olan və şəhərin iki qitəsini birləşdirən körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

“İki sahil” xəbər verir ki, tədbir ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü ilə baş tutub.

Belə ki, İstanbulun “Fatih Sultan Mehmet”, “15 İyul Şəhidləri” və “Yavuz Sultan Səlim” körpülərində Azərbaycan bayrağının rəngləri həkk olunub.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da bununla bağlı sosial media hesabındakı paylaşım edib:

“Azərbaycan bayrağının rənglərinə bürünən İstanbul bu gecə daha da gözəl görünür. “Fatih Sultan Mehmet”, “15 İyul Şəhidləri” və “Yavuz Sultan Səlim” körpüləri Can Azərbaycanın rənglərinə bürünüb. Azərbaycanın Müstəqillik Günü mübarək olsun”.