11 iyun 2024 16:07
140

Paytaxtın 36 məktəbində peşə təmayüllü siniflər fəaliyyət göstərir

2023-2024-cü tədris ilində paytaxtdakı 36 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "İki sahil"ə bildirilib ki, idarənin tabeliyindəki 1, 10, 44, 64, 87, 88, 97, 117, 120, 123, 138, 142, 166, 172, 171,179, 181,185, 194, 208, 209, 213, 228, 234, 262, 265, 266, 274, 293, 301, 302, 306, 318, 321, 327 və 329 nömrəli təhsil müəssisələrində peşə təmayüllü siniflər fəaliyyət göstərir. Peşə təmayüllü siniflərin yaradılmasında əsas məqsəd ümumi təhsil bazasında şagirdlərin müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsindən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.