11 iyun 2024 16:13
186

OPEC qlobal neft tələbatı üzrə proqnozunu yeniləyib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2024-2025-ci il üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu yeniləyib.

Bu barədə "İki sahil" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Proqnoza əsasən, gələn il qeyd olunan göstəricinin 106,31 mln. barel olacağı proqnozaşdırılır (proqnoz dəyişməyib), bu da 2024-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,85 mln. barel çoxdur.

OPEC bu il üçün qlobal neft tələbatının 104,46 mln. barel (proqnoz dəyişməyib) səviyyəsində olacağını proqnozlaşdırır, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 2,25 mln. barel artım deməkdir.

Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 102,21 mln. barel səviyyəsində olub, bu da illik müqayisədə 2,55 mln. barel artım deməkdir.

Qeyd edək ki, OPEC məlumatlarına əsasən, 2022-ci ildə qlobal gündəlik neft tələbatı 99,66 mln. barel səviyyəsində olub. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2,74 mln. barel təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96,92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91,13 mln. barel olub.