Dünyanın müxtəlif regionlarında hərbi təlimlərin keçirilməsini normal təcrübədir.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Hərbi təlimlər dünyanın müxtəlif regionlarında normal təcrübədir - bu, həm də dövlətlər, xüsusən də Rusiya Federasiyası kimi böyük dəniz dövləti üçün normal təcrübədir", - Peskov bildirib.
Xatırladaq ki, iyunun 12-də Rusiya hərbi gəmilərinin bir qrupu dəqiq silahlardan istifadə üzrə təlimləri başa vuraraq Kubaya gedib.