14 iyun 2024 16:39
240

"Betis"dən "Kristal Pelas"a

"Kristal Pelas" "Betis"in müdafiəçisi Çadi Riadı transfer edib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 20 yaşlı mərakeşli ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.

Riad ötən ilin yayından "Betis"də oynayırdı. O, bu müddət ərzində 30 oyun keçirib. "Transfermarkt" portalı onun dəyərini 15 milyon avro qiymətləndirir.