Marneulidə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş kəndlərarası futbol üzrə dostluq görüşü keçirilib.
“İki sahil” xəbər verir ki, turnir Marneuli bələdiyyəsinin Bəylər kənd gənclərinin təşkilatçılığı ilə baş tutub. Yarışda Sadaxlı, Bəylər, Təzəkənd və Qasımlı kəndlərinin komandaları iştirak ediblər.
Təzəkənd kəndinin komandası turnirin qalibi olub.