14 iyun 2024 17:07
233

Aİ COP29-da Azərbaycanın ən yaxşı nəticələrə nail olacağına ümid edir

Avropa İttifaqı (Aİ) iqlim dəyişikliyi ilə mübarizədə əsas oyunçulardan biri kimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) ev sahibliyi edən Azərbaycanın bu konfransda ən yaxşı nəticələrə nail olacağına ümid edir.

“İki sahil” xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanovla görüşündə bildirib.

Görüşdə COP29 çərçivəsində Aİ ilə tərəfdaşlıq və İttifaqla ümumi əməkdaşlıq kimi məsələlər müzakirə edilib. Aİ tərəfinə danışıqlar prosesi və fəaliyyət gündəliyi haqqında məlumat verilib, Bonn şəhərində keçirilən İqlim Konfransının nəticələri müzakirə edilib və danışıqların uğurla həyata keçirilməsində bütün tərəflər kimi Aİ-nin də konstruktiv mövqeyinin əhəmiyyəti vurğulanıb.

COP məqsədlərinin səmərəli həyata keçirilməsi üçün cari il ərzində COP29-la bağlı tədbirlərin təşkilinə dair müzakirələr aparılıb.