15 iyun 2024 08:36
251

Yakutiyada meşə yanğınlarının sahəsi 130 min hektara çatıb

Yakutiyada (Rusiya Federasiyası) aktiv olan meşə yanğınlarının ümumi sahəsi 130 min hektarı ötüb.

“İki sahil” xəbər verir ki, bu barədə Saxa Respublikası (Yakutiya) Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, son 24 saat ərzində 1,9 min hektar ərazini əhatə edən 9 yanğın söndürülüb: “Gün ərzində respublika ərazisində ümumilikdə 1916 hektara yaxın ərazini əhatə edən 9 meşə yanğını söndürülüb, lakin 130 368 hektar sahədə 72 meşə yanğını aktivləşib”.

İdarədən bildirilib ki, aktiv yanğınlardan yeddisi 19 min hektardan çox ərazidə, o cümlədən Olekminski rayonunda 18 min hektardan çox əraziyə malik iri meşə yanğını lokallaşdırılıb: “Yanğınların söndürülməsinə 900-dən çox insan cəlb olunub. 59 ədəd texnika işlək vəziyyətdədir”.

Qeyd edək ki, Yakutiyada mayın 6-da yanğın başlayıb. İyunun 11-dən respublika ərazisində regional fövqəladə vəziyyət elan edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”