 
                    Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov son sutkada regionun atəşə tutulması nəticəsində yeddi mülki sakinin öldüyünü deyib.
“İki sahil” xəbər verir ki, bu barədə vilayət başçısı teleqramda bildirib.
“Dünən Ukrayna Silahlı Qüvvələrinin əli ilə 7 dinc sakin həlak olub, 10-u yaralanıb, 3-ü xəstəxanaya yerləşdirilib”, – o qeyd edib.
Xatırladaq ki, mayın sonuna olan məlumata əsasən, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Rusiyada 238 mülki şəxs həlak olub, itkilərin əksəriyyəti Belqorod vilayətində olub.
 Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur
                                
                                    
                                    
                                
                                
                                
                                    Ərdoğanın Zəfər paradında iştirak üçün Azərbaycana səfər etməsi müzakirə olunur