15 iyun 2024 23:50
157

Sarkozi siyasətə qayıdacaq?

2007-2012-ci illərdə Fransanın prezidenti olmuş Nikola Sarkozinin yenidən siyasətə qayıtmaq fikri yoxdur.

“İki sahil” xəbər verir ki, sabiq dövlət başçısı bu barədə “Le Journal du Dimanche” qəzetinə müsahibəsində deyib.

"Siyasət mənim üçün bağlanmış səhifədir. Hesab edirəm ki, hər hansı şəxsi ambisiyaları və siyasətə qayıdışı istisna olmaqla, ölkəmiz üçün zəruri hesab etdiyim şeylər haqqında danışmaq ən müdrik və faydalıdır”.

Məhərrəm Ağalaroğlu, “İki sahil”