16 iyun 2024 01:52
176

Kapitanı "Barselona"nl tərk edir?

Serxi Roberto "Barselona"nı tərk edə bilər. 

Bu barədə "Mundo Deportivo" məlumat yayıb. 

Xəbərə görə, ulduz futbolçu ilə digər Kataloniya təmsilçisi "Jirona" maraqlanır.

Roberto hələ son qərarını verməyib. “Barselona”nın maliyyə vəziyyətindən çox şey asılı olacaq.

"Barselona"nın kapitanı ötən mövsüm bütün turnirlərdə 24 oyun keçirib. Serxi bu görüşlərdə üç qol vurub və üç məhsuldar ötürmə edib. 32 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti bu il iyunun sonunda başa çatır. 

Fanat.Az