16 iyun 2024 09:12
159

İngiltərə millisinin baş məşqçisi: Onların hücumçuları istənilən komanda üçün problem yarada bilər

Onların hücumçuları istənilən komanda üçün problem yarada bilər.

“İki sahil” UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AVRO-2024-ün qrup mərhələsinin I turu çərçivəsində qarşılaşacaqları Serbiya ilə oyun haqda danışarkən deyib.

Mütəxəssis qələbə üçün əllərindən gələni edəcəklərini deyib: "Onların yaxşı oyunçuları və fantastik komanda ruhu var. Bilirik ki, bu, çətin açılış oyunudur və matçda qələbə üçün əlimizdən gələni etməliyik. Draqan Stoykoviçin bir sıra variantları var, bilirik ki, onlar müxtəlif formalarda oynaya bilər. Onların müəyyən bir oyun üslubu var. Biz bunun öhdəsindən gəlməyi bacarmalıyıq və rəqibin zəif tərəflərindən istifadə etməyə çalışmalıyıq”.

Qeyd edək ki, C qrupunda baş tutacaq İngiltərə - Serbiya matçının start fiti bu gün saat 23:00-da səsləndiriləcək.