16 iyun 2024 21:37
215

ABŞ hərbçiləri vurulmuş Yunanıstan gəmisinin ekipajını xilas edib

ABŞ Hərbi Dəniz Qüvvələri Yəmənin "Ansar Allah" üsyançı hərəkatının husi qüvvələrinin Qırmızı dənizdə hücumuna məruz qalan Yunanıstana məxsus yük daşıyan gəmidə hərbi əməliyyat keçirərək gəminin ekipajını uğurla xilas edib.

“İki sahil” “The Jerusalem Post”a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri Mərkəzi Komandanlığı (NAVCENT) məlumat yayıb.

Husilərin Ukraynanın gəmisini batırıb,

Yunanıstanın gəmisi isə batmaq üzrədir

Xatırladaq ki, iyunun 12-də husilər Yəmənin Əl Hudeyda limanı yaxınlığında kiçik su gəmisi və raketlə Liberiya bayraqlı MV Tutor-a gəmisinə hücum ediblər. Husilər bunu İsrailin Qəzza zolağında HƏMAS ilə münaqişəsiylə əlaqələndirib.

Hücum gəminin hərəkətsiz qalmasına və su götürməsinə səbəb olub, mühərrik otağına ciddi ziyan vurub.

NAVCENT-in məlumatına görə, Qırmızı dəniz, Ədən körfəzi və Şərqi Aralıq dənizində patrul xidməti həyata keçirən Dwight D. Eisenhower Carrier Strike Group-un komandası şənbə günü ekipajı gəmidən çıxarıb.

NAVCENT əlavə etdi ki, MV Tutor-un göyərtəsində olan bir dənizçinin taleyi məlum deyil.

Məhərrəm Ağalaroğlu, “İki sahil”