16 iyun 2024 00:28
177

Husilərin Ukraynanın gəmisini batırıb, Yunanıstanın gəmisi isə batmaq üzrədir

Yəmənin "Ansar Allah" üsyançı hərəkatının husi qüvvələrinin hücumuna məruz qalan Ukraynaya məxsus "Verbena" yük gəmisi Ədən körfəzində batıb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat verən husilərin sözçüsü Yəhya Sariyanın sözlərinə görə, Yunanıstanın yük gəmisi “Tutor” da yaxın saatlarda bata bilər.

"Fələstinin limanlarına keçid qadağasını pozduğu üçün hücuma məruz qalan “Verbena” gəmisi bir neçə raketlə zərbəsindən sonra Ədən körfəzində batıb. Pilotsuz qayıq, eləcə də bir neçə ballistik raket və pilotsuz təyyarə ilə hücuma məruz qalan “Tutor”un yaxın saatlarda batmaq təhlükəsi var”, - hərəkatın sözçüsü X-də yazıb.

Husilər iyunun 13-də “Verbena” yük gəmisinə hücumu öz üzərinə götürüblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”