17 iyun 2024 16:57
193

Jurnalist Sərxan Kamallı dəfn olunub

Bu gün səhər saatlarında dünyasını dəyişən jurnalist Sərxan Kamallı dəfn olunub.

“İki sahil” xəbər verir ki, jurnalist Sərxan Kamallı doğulduğu Yevlax rayonunda torpağa tapşırılıb.

Mərhumun vida mərasimi Yevlax şəhərində keçirildikdən sonra onun cənazəsi rayonunun Qoyunbinəsi kənd qəbiristanlığında dəfn olunub.

Mərasimdə jurnalistin doğmaları, məsləkdaşları və rayon sakinləri iştirak edib. (APA)