18 iyun 2024 00:45
349

Artıq növbəti matçları düşünməliyik - Françesko Kaltsona

Bu, vacib qələbədir. Lakin biz daha çox çalışmalıyıq.

“İki sahil” xəbər verir ki, bunları Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona Belçika yığmasına 1:0 hesabı ilə qalib gəldikləri Avropa çempionatının qrup mərhələsinin I tur oyunu barədə danışarkən deyib.

Mütəxəssis futbolçuların əllərindən gələni etdiklərini bildirib: "Belə rəqibi məğlub etmək üçün hər cür səy göstərdilər. Artıq növbəti matçları düşünməliyik".

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.