21 iyun 2024 14:54
296

İstənilən xarici siyasət fəaliyyət Qərb tərəfindən düşmənçiliklə qarşılanır - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin KXDR və Vyetnama səfərlərinə Qərbin reaksiyası haqqında danışıb.

“İki sahil" xəbər verir ki, bu haqda RT məlumat yayıb.

“Bir tərəfdən, bu kifayət qədər proqnozlaşdırıla biləndir”, - deyə, Peskov qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın istənilən xarici siyasət fəaliyyəti Qərb tərəfindən düşmənçiliklə qarşılanır.

Bundan əvvəl Ağ Ev bəyan etmişdi ki, Vaşinqton Putinin səfərinin nəticələri ilə bağlı Hanoydan məlumat gözləyir.