Hücumçu Radamel Falkaonun yeni klubu müəyyənləşib.
“İki sahil” xəbər verir ki, 38 yaşlı oyunçu "Millonarios"ə transfer olunub. Bu barədə Kolumbiya klubunun mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti 2024-cü ilin sonuna qədərdir.
Falkao 13 yaşına kimi "Millonarios"un gənclər komandasında çıxış edib. Onun son klubu "Rayo Valyekano" olub.