25 iyun 2024 00:15
397

Nüvə silahından istifadənin mümkünlüyü məsələsi gündəmə gələ bilər - Hakan Fidan

Rusiya-Ukrayna müharibəsi eskalasiya, o cümlədən nüvə silahından istifadə ehtimalı ilə doludur.

“İki sahil” "Habertürk" telekanalına istinadla xəbərə verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Davam edən müharibənin region və bütün dünya üçün bədəli çox yüksəkdir. Daha da ciddisi odur ki, bu risk böyüyə və yayıla bilər. Coğrafi olaraq yayıla bilər. Nüvə silahından istifadənin mümkünlüyü məsələsi gündəmə gələ bilər”, – türkiyəli nazir bildirib.

Onun sözlərinə görə, iyunun 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı ona Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın müharibənin həlli ilə bağlı ismarışını çatdırıb.