29 iyun 2024 15:23
455

Tərtərdə avtoqəza - iki sürücü yaralanıb

Tərtər-Hindarx yolunun Tərtər rayonunun Qaynaq kəndi ərazisindən keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Qeyd edilib ki, rayon sakini, 1985-ci il təvəllüdlü Məmmədov Emin Hümbət oğlunun idarə etdiyi “VAZ 21010” markalı avtomobil Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Qocayev İlkin Bəhmən oğlunun idarə etdiyi BMW markalı avtomobillə toqquşub, nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.