02 iyul 2024 14:26
446

Bir gündə 6 "Storm Shadow" qanadlı raketi vurulub

Rusiyanın hava hücumundan müdafiə sistemlərinin bir gündə altı "Storm Shadow" qanadlı raketini vurub.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında deyilir: "Gün ərzində Britaniya istehsalı olan altı "Storm Shadow" qanadlı raketi, HAMMER idarə olunan hava bombası, HIMARS çoxsaylı buraxılış raket sistemi, 81 pilotsuz uçuş aparatı  vurulub.”