02 iyul 2024 21:47
636

Hindistanda dini ayin zamanı faciə - YENİLƏNİB

Hindistanın şimalındakı Uttar Pradeş əyalətində dini yığıncaq zamanı baş verən izdiham nəticəsində azı 27 nəfər ölüb, xeyli sayda insan yaralanıb.

“İki sahil” “Times of İndia” saytına istinadla xəbər verir ki, yaralıların bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı ehtimal edilir.

Məlumatda bildirilir ki, hazırda xilasetmə əməliyyatı davam edir. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

***

Hindistanın Uttar Pradeş ştatında dini ibadətgahda ayin zamanı baş verən izdihamda ölənlərin sayı 116-ya çatıb.

Bu barədə ştatın rəsmi qurumları açıqlama yayıb. Bildirilir ki, 88 nəfər ibadətgahda keçinib, yaralı vəziyyətdə olan 27 nəfər qonşu Etah rayonunun hospitalında, bir nəfər isə Hathras rayon xəstəxanasında ölüb. Səlahiyyətli qurumlar ölü sayının artacağını istisna etmir. Çünki xəsarət alanlar arasında ağır vəziyyətdə olanlar da var.

Qeyd edək ki, hadisə iyulun 2-də ştatın Hathras ştatının Muğal Qarhi kəndində baş verib. Təxminən 50 minə yaxın adamın iştirak etdiyi dini ayin zamanı yaranmış sıxlıqda ölənlərin çoxu qadınlardır. Bundan başqa, ölənlər arasında uşaqlar da var. Hadisə baş verən vaxt havanın isti olması ölüm hallarının çoxalması ilə nəticələnib.