“Flydubai” aviaşirkəti dekabrın 28-dən 2025-ci il yanvarın 5-dək Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri ləğv edib.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri ölkənin Turoperatorlar Assosiasiyasına istinadən məlumat yayıb.
Qeyd olunur ki, turoperatorlar turistlər üçün bunun nəticələrini minimuma endirməyə çalışırlar.