03 iyul 2024 16:38
177

Braziliya millisində ciddi itki

Braziliya millisi ciddi itki ilə üzləşib.

“İki sahil” xəbər verir ki, komandanın aparıcı futbolçusu Vinisius Junior cəzalı duruma düşüb.

Hücumçu Amerika kubokunun qrup mərhələsində Paraqvay (4:1) və Kolumbiya (1:1) ilə oyunlarda sarı vərəqə alaraq cəzalı duruma düşüb. Bu səbəbdən 23 yaşlı forvard 1/4 final mərhələsində Uruqvayla keçiriləcək qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, Uruqvay – Braziliya oyunu iyulun 7-də keçiriləcək.