06 iyul 2024 12:00
329

Türkiyədə saxlanılan avtomobildə partlayıcı aşkarlandı

İzmirin Ödəmiş rayonunda polisin saxladığı avtomobildə əldəqayırma partlayıcı ələ aşkarlanıb.

“İki sahil” xəbər verir ki, Ödəmiş Respublika Baş Prokurorluğunun koordinasiyası ilə Ödəmiş Mütəşəkkil Cinayətlər Şöbə Müdirliyi Bürosu və Ödəmiş Asayiş-Terrorla Mübarizə Bürosu qrupları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində təqib edilən şübhəli avtomobil dayandırılıb.

Avtomobilə baxış zamanı parça-parça əldəqayırma partlayıcı, 1 ədəd tapança, 3 ədəd bıçaq və 3 ədəd maska ​​götürülüb.

Partlayıcının vətəndaşları qorxutmaq, təhdid və təzyiq yolu ilə sahibkarlardan haqsız qazanc əldə etmək məqsədilə hazırlandığı müəyyən edilib.

Hadisə ilə əlaqədar nəzarətə alınan 6 şübhəli Sülh Cəza Məhkəməsi tərəfindən həbs edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”