03 iyul 2024 17:45
235

DÇ-2030-un final oyununa ev sahibliyi edəcək stadion

İspaniyanın "Real Madrid" komandasının ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionu futbol üzrə dünya çempionatının final matçını qəbul edəcək.

“İki sahil” İspaniya mətbuatına istinadla xəbər verir ki, 2030-cu ildə baş tutacaq mundialın həlledici görüşü “kral klubu”nun arenasında reallaşacaq. FIFA tərəfindən rəsmi açıqlama olmasa da, qərarın qəbul olunduğu bildirilib.

2030-cu ildə keçiriləcək dünya çempionatına üç ölkə - İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək.