03 iyul 2024 18:19
186

Həmin qadının kimliyi müəyyən olunub

Sosial şəbəkə platformalarında və xəbər portallarında Bakıda ananın dörd uşağını küçəyə atması ilə bağlı məlumat dərhal aidiyyəti dövlət qurumları tərəfindən nəzarətə götürülərək araşdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat yayıb. O bildirib ki, qadının kimliyi müəyyən olunub.

"Öncə uşaqlar müayinə və müalicə üçün xəstəxanaya yerləşdiriliblər. Qadın isə ərazi üzrə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun övladlarından imtina etməsinin səbəbləri araşdırılır", - deyə o qeyd edib.