03 iyul 2024 21:27
168

NATO bu ölkədəki şəxsi heyətinin sayını artıracaq

Yaxın iki il ərzində NATO-nun Latviyadakı bölmələrinin şəxsi heyətinin ümumi sayı 5 min nəfərə çatdırılacaq.

“İki sahil” xəbər verir ki, bunu Latviyanın müdafiə naziri Andris Spruds jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Kanadanın komandanlığı altında Latviyada yerləşdirilən döyüş qrupu çoxmillətli briqada səviyyəsinə qədər genişləndiriləcək: "Bu qrupun 2026-cı ilə qədər tam döyüş hazırlığına çatacağı və 3,5 minə yaxın hərbçidən ibarət olacağı gözlənilir. Yaxın iki ildə onların ümumi sayı 5 min nəfərə yaxın olacaq".