03 iyul 2024 23:38
185

Bayden seçki kampaniyasını tərk etməyi düşünmür

ABŞ Prezidenti Co Bayden noyabrda keçiriləcək prezident seçkiləri öncəsi seçki kampaniyasından geri çəkilmək imkanını nəzərdən keçirmir.

“İki sahil” xəbər verir ki,  bu barədə Ağ evin mətbuat katibi Karine Jan-Pier brifinqdə bildirib.

“Qətiyyən yox, məncə, siz bunu əvvəllər onun seçki qərargahından da eşitmişiniz”, - deyə mətbuat katibi müvafiq suala cavab verib.