05 oktyabr 2024 09:41
73

Millimiz A qrupunun II turunda Gürcüstan yığması ilə qarşılaşacaq

Azərbaycanın çimərlik futbolu millisi İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki,  Sahib Məmmədovun baş məşqçisi olduğu komanda A qrupunun II turunda Gürcüstan yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:45-də başlayacaq. I turda Azərbaycan İngiltərəni məğlub edib (4:0), Gürcüstan isə İspaniyaya uduzub (1:13).

Qeyd edək ki, millimiz növbəti matçını oktyabrın 7-də İspaniyaya qarşı keçirəcək.