05 oktyabr 2024 08:29
93

Mbappe Poqbanın paylaşımının altındakı şərhlərdə "Aman Tanrım" yazıb

"Real Madrid" komandasının hücumçusu Kilian Mbappe Turin "Yuventus"unun yarımmüdafiəçisi Pol Poqbanın diskvalifikasiya müddətinin azaldılmasına reaksiya verib.

“İki sahil” xəbər verir ki,  o, sosial şəbəkələrdən birində buna reaksiyasını ifadə edib. Mbappe Poqbanın paylaşımının altındakı şərhlərdə "Aman Tanrım" yazıb.

Qeyd edək ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçi Pol Poqba dopinq testi müsbət nəticələnib. Fevralın 29-da Antidopinq Məhkəməsi onun dörd il müddətinə futboldan uzaqlaşdırılması qərarını təsdiqləyib. Poqba məhkəmənin qərarının ləğvi barədə apellyasiya şikayəti verib. Oktyabrın 4-də məlum oldu ki, İdman Arbitraj Məhkəməsi (CAS) 31 yaşlı oyunçunun dopinqdən istifadə üçün təyin olunmuş diskvalifikasiyasını dörd ildən il yarımadək azaldıb.