07 iyul 2024 00:53
524

Türkiyə AVRO-2024 ilə vidalaşdı - YENİLƏNİB-4

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalı çərçivəsində Türkiyə ilə qarşılaşan Niderland millisi yarımfinala vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 35-ci dəqiqəsində Səməd Akaydının qolu ilə Türkiyə hesabı açsa da 70-ci dəqiqədə Stefan De Vrij hesabı bərabərləşdirib. 76-cı dəqiqədə isə Cody Steel oyunda son nöqtəni qoyaraq Niderlandı yarımfinala çıxaran qolu vurub.

AVRO-2024

1/4 final

6 iyul

23:00. Niderland 2-1 Türkiyə

Qollar: Səməd Akaydın 35 (0-1), Stefan De Vrij 70 (1-1) Cody Steel 76 (2-1)

Baş hakim: Klement Turpin (Fransa).

Berlin, Olimpiya stadionu.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalı çərçivəsində Türkiyə ilə qarşılaşan Niderland millisi hesabda önə keçib.

“İki sahil” xəbər verir ki, 76-cı dəqiqədə fərqlənib

AVRO-2024

1/4 final

6 iyul

23:00. Niderland 2-1 Türkiyə

Qollar: Səməd Akaydın 35 (0-1), Stefan De Vrij 70 (1-1) Cody Steel 76 (2-1)

Baş hakim: Klement Turpin (Fransa).

Berlin, Olimpiya stadionu.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalı çərçivəsində keçirilən Niderland - Türkiyə oyununda hesab bərabərləşib.

“İki sahil” xəbər verir ki, 70-ci dəqiqədə Stefan De Vrij bərabərlik qolunu vurub.

AVRO-2024

1/4 final

6 iyul

23:00. Niderland 1-1 Türkiyə

Qollar: Səməd Akaydın 35 (0-1), Stefan De Vrij 70 (1-1)

Baş hakim: Klement Turpin (Fransa).

Berlin, Olimpiya stadionu.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalı çərçivəsində Niderland ilə qarşılaşan Türkiyə hesabı açıb..

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 35-ci dəqiqəsində Səməd Akaydın fərqlənib.

AVRO-2024

1/4 final

6 iyul

23:00. Niderland 0-1 Türkiyə

Qol: Səməd Akaydın 35 (0-1)

Baş hakim: Klement Turpin (Fransa).

Berlin, Olimpiya stadionu.

***

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalı çərçivəsində Niderland Türkiyə ilə qarşılaşır.

“İki sahil” xəbər verir ki, Berlinin Olimpiya stadionunda keçirilən oyunda fransalı hakim fit çalır.

AVRO-2024

1/4 final

6 iyul

23:00. Niderland 0-0 Türkiyə

Baş hakim: Klement Turpin (Fransa).

Berlin, Olimpiya stadionu.

Məhərrəm Ağalaroğlu, “İki sahil”