06 iyul 2024 20:06
278

Naxçıvanda qətl törətməkdə şübhəli bilinən şəxs Türkiyədə saxlanılıb

İyunun 28-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tunbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Naxçıvan MR DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlu Türkiyə Respublikasında saxlanıb. O, istintaqa təhvil verilib.

Araşdırma aparılır.