06 iyul 2024 23:23
361

Ərdoğan Niderland - Türkiyə oyununu stadiondan izləyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/4 finalı çərçivəsində keçirilən Niderland - Türkiyə matçını stadiondan izləyir.

“İki sahil” xəbər verir ki, Türkiyənin dövlət başçısı Berlin Olimpiya Stadionunda keçirilən qarşılaşmanı həyat yoldaşı Əminə Ərdoğan, Gənclər və İdman Naziri Osman Aşkın Bak, Türkiyənin Berlin səfiri Əhməd Başar Şen, Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi, UEFA İdarə Heyətinin üzvü Sərvət Yardımcı, Prezident Dünya Etno-idman Konfederasiyasının üzvü Bilal Ərdoğan, keçmiş futbolçu Məsut Özil və Hollandiya Futbol Federasiyasının rəsmiləri ilə protokol tribunasından izləyir.

Türkiyəli azarkeşlər Ərdoğanın protokol tribunasına gəlişi zamanı ona sevgilərini nümayiş etdiriblər. Prezident azarkeşləri salamlayaraq cavab verib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”