06 iyul 2024 23:49
295

Daşqınlar Banqladeşdə 2 milyona yaxın insane zərər vurub

"Bu il güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində 15 dairədə təxminən 2 milyon insan zərər çəkib".

“İki sahil” xəbər verir ki, bunu Banqladeşin təbii fəlakətlər üzrə dövlət naziri Mohibbur Rəhman deyib.

Daşqınlar nəticəsində ölənlər haqqında təsdiqlənmiş məlumatların olmadığını bildirən nazir əlavə edib ki, təbii fəlakətdən zərər çəkən insanların 36 223 sığınacağa yerləşdirilib.

Onun sözlərinə görə, hökumət ümumilikdə 8 700 ton düyü, 58 500 kisə quru ərzaq, habelə zərər çəkən ərazilərə maddi yardım ayırıb.