07 iyul 2024 00:03
275

Ermənistanda kütləvi dava və atışma olub, xəsarət alan var

Ermənistanın Ararat vilayətinin Avşar kəndində sakinlər arasında kütləvi dava silahlı insidentlə nəticələnib.

“İki sahil” xəbər verir ki, yerli mətbuata istinadən xəbər verir ki, 18 yaşlı Karen K. ilə 27 yaşlı Lüdviq M. arasında dava olub. Bu vaxt sonuncu Karenin ayağına odlu silahdan atəş açıb.

“Shamshyan.com” bildirib ki, davada 3-4 nəfər iştirak edib. Hadisəni törədən Lüdviq M. qaçıb. Hazırda polis onun tapılması və davanın digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.