07 iyul 2024 10:17
237

Yaşayış binasında yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 15 m² olan obyektin içərisində 2 ədəd məişət avadanlığı yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavanı 1 m² sahədə əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.