07 iyul 2024 10:42
251

Rusiyanın Ryazan vilayətində yol qəzasında 5 nəfər ölüb

Rusiyanın Ryazan vilayətində baş verən yol qəzasında 5 nəfər ölüb.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb. “İyulun 6-da saat 22:30-da Ryazan vilayətinin Ryajski rayonu ərazisində R-22 Xəzər magistralının 331-ci kilometrliyində “Chevrolet Niva” və “Lada” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər həlak olub. Onlardan biri azyaşlıdır", - məlumatda deyilir. Qeyd olunur ki, daha bir azyaşlı müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib.

Hazırda polis əməkdaşları hadisənin bütün səbəblərini və şəraitini müəyyən etmək üçün araşdırma aparır.