10 iyul 2024 15:29
176

"Şamaxı"nın "Kəpəz"lə yoxlama matçı növbəti günə təxirə salınıb

“Şamaxı” və "Kəpəz" klubları arasında iyulun 14-də Qəbələ şəhər stadionunda keçirilməli olan yoxlama matçı təxirə salınıb.

"İki sahil" "Şamaxı"nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılaşma tərəflərin razılığı ilə bir gün sonra, iyulun 15-də keçiriləcək.

Görüşün məkanı isə dəyişməyib. Oyun Qəbələ şəhər stadionunda saat 17:30-da start götürəcək.