10 iyul 2024 16:21
232

Yalçın Rəfiyev Brüsseldə keçirilən konfransda iqlim dəyişikliyi məsələlərini müzakirə edib

Azərbaycanın Avropa İttifaqı (Aİ) yanındakı Nümayəndəliyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Aİ-dəki Nümayəndəliyi birgə “Ambisiya, həyata keçirmə və inklüzivlik vasitəsilə iqlim fəaliyyətinin gücləndirilməsi” mövzusunda konfrans təşkil ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə BMT İnkişaf Proqramının (UNDP) Azərbaycandakı Nümayəndəliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, tədbirdə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev ilə Aİ və BMT sistemindəki tərəfdaşların iştirakı ilə müzakirələr keçirilib.

Qeyd edək ki, 200-dən çox maraqlı tərəfin və ekspertin iştirak etdiyi tədbir iqlim dəyişikliyi ilə bağlı təcili problemləri həll etmək və davamlı gələcəyə yol açmaq məqsədi daşıyır.