10 iyul 2024 17:01
169

Türkiyə ordusunun İraqda PKK-ya qarşı əməliyyatları sonuncu fazaya keçib

Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatını İraqın şimalından tam çıxarmaq üçün davam etdirdiyi əməliyyatın sonuncu fazası başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Bildirilib ki, Türkiyə ordusu İraqın Metina bölgəsindəki terrorçuları mühasirəyə alıb.

Bölgədəki mənbələrin məlumatına görə, Türkiyə ordusu may ayından bu yana həyata keçirdiyi intensiv hava hücumları ilə terrorçuları Demka ərazisindən tamamilə sıxışdırıb.