11 iyul 2024 10:49
220

ABŞ-ın planı Rusiyanın təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıyır

ABŞ-ın Almaniyada raketlər yerləşdirmək planları Rusiyanın təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıyır.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O, qeyd edib ki, Pentaqonun Almaniyada uzaqmənzilli raketlər yerləşdirmək planları Rusiyanın təhlükəsizliyinə zərər vurmaq məqsədi daşıyır.

Pentaqon daha əvvəl 2026-cı ildə Almaniyada uzaqmənzilli silahların yerləşdiriləcəyini açıqlayıb.