11 iyul 2024 11:59
273

ABŞ və Avropanın sanksiyaları Tbilisinin gözləntilərini doğrultmur - Kobaxidze

Qərblə münasibətlərin yenidən qurulması fonunda ABŞ və Avropanın sanksiyaları Tbilisinin gözləntilərini doğrultmur.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Kobaxidze Vaşinqtonun “Layiqli tərəfdaş 2024” hərbi təlimlərini naməlum müddətə təxirə salmaq qərarını, həmçinin Aİ-nin Gürcüstan Müdafiə Nazirliyinə ayrılan 30 milyon avronu dondurmaq planını şərh edib.

“Bir dəfədən qeyd etdiyim kimi, bu qərar təəssüf doğurur. Təəssüf ki, bu, münasibətlərin bərpası ilə bağlı gözləntilərimizə uyğun gəlmir”, - deyə Gürcüstanın baş naziri bildirib.

Onun sözlərinə görə, son bir neçə ildə baş verən hadisələr fonunda ölkənin Qərb tərəfdaşları ilə münasibətləri yenidən qurulmalıdır.