17 iyul 2024 09:50
397

Kanada 300 minə yaxın ukraynalıya sığınacaq verib

Müharibə başlayandan bəri 298 mindən çox ukraynalı sığınmaq üçün Kanadaya gedib.

“İki sahil” xəbər verir ki, bu barədə Kanada Sərhəd Xidmətləri Agentliyi məlumat yayıb.

Bildirilir ki, ötən ilin martında yaradılmış Kanada-Ukrayna Fövqəladə Səyahət İcazəsi (CUAET) proqramı çərçivəsində indiyədək 298 128 ukraynalı Kanadaya gedib. Bu proqram müharibədən qaçan ukraynalılara fövqəladə üç illik iş və yaşayış icazəsi, maddi yardım və müvəqqəti pulsuz yaşayış hüququ verir. Ümumilikdə, Kanada hökuməti bu viza üçün demək olar ki, 1,2 milyon müraciət qəbul edib, onlardan 960,000-dən çoxu təsdiqlənib.

Qeyd edək ki, ötən ilin yayında CUAET-ə yeni müraciətlərin qəbulu dayandırılsa da, Kanada ukraynalı sığınacaq axtaranların müəyyən kateqoriyalarına ölkədə daimi əsaslarla qalmaq imkanı verən yeni miqrasiya proqramı yaradıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”