27 iyul 2024 08:03
382

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb

COP29 Könüllülük Proqramı üzrə müsahibələr yekunlaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə COP29-un rəsmi sosial şəbəkə hesabında məlumat verilib.

Qeyd edilib ki, ümumilikdə 10000-dən çox müsahibə keçirilib və 7000 namizəd müsahibədən uğurla keçib: “Qəbul edilən namizədləri təbrik edir, iştirak edən hər bir kəsə minnətdarlığımızı bildiririk. Yaşıl dünya naminə bizimlə həmrəy olduğunuz üçün çox şadıq!”