29 iyul 2024 18:20
295

Mirzoyan: Ermənistan Azərbaycanla münaqişə səhifəsini bağlamaq istəyir

Ermənistan Azərbaycanla münaqişə səhifəsini bağlamaq istəyir.

“İki sahil” Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu xarici işlər naziri Ararat Mirzoyan Nikosiyada keçirdiyi brifinqdə deyib.

"Cənubi Qafqaz mühüm kəsişmədə yerləşir və iqtisadi inkişaf, rifah üçün ciddi perspektivlər var. Onlardan da istifadə etmək lazımdır", - nazir bildirib.