08 sentyabr 2024 21:09
208

“Boeing” 33 min işçinin tətili ilə üzləşməmək üçün həmkarlar ittifaqı ilə razılığa gəldi

ABŞ-da yerləşən qlobal aviasiya şirkəti “Boeing”, təxminən 33 min işçinin tətil etməməsi üçün həmkarlar ittifaqı ilə müvəqqəti razılığa gəlib.

“İki sahil” xəbər verir ki, bunu ABŞ mətbuatının məlumatına görə, əmək haqqı, səhiyyə xidmətləri və əməyin mühafizəsi ilə bağlı danışıqlar zamanı “Boeing” ilə təxminən 33 min üzvü olan Beynəlxalq Maşinistlər və Aviasiya İşçiləri Həmkarlar İttifaqı arasında müvəqqəti müqavilə imzalanıb.

Razılaşmaya görə, 4 illik müqavilə çərçivəsində işçilərin maaşları 33 faiz artacaq. Qeyd edək ki, ittifaq danışıqlar zamanı 40 faiz artım tələb edirdi.

İşçilər sentyabrın 12-də Vaşinqtonda və Cənubi Karolinada “Boeing” ilə həmkarlar ittifaqı arasında əldə edilmiş ilkin razılaşmaya səs verəcəklər. Müqavilə qəbul edilməzsə, işçilərin tətilə çıxması ehtimalı var.

Mümkün tətilin bu ilin ikinci rübündə təxminən 1,44 milyard dollar xalis zərər etdiyini bildirən və gəlirinin 14,6 faiz azaldığını açıqlayan “Boeing”in üzləşdiyi çətinlikləri daha da artıracağı bildirilir.

Vurğulanır ki, “Boeing”in gəlirləri azalsa da, borcları artsa da, şirkətin 500 milyard dollardan çox qiymətləndirilən böyük sifariş gecikməsi var.

Məhərrəm Ağalaroğlu, “İki sahil”