30 iyul 2024 09:01
256

Maduro: Biz bu filmi daha əvvəl görmüşük

"Venesuelada faşist və əksinqilabi çevriliş cəhdi var. Həddindən artıq sağçılar və ABŞ-ın rəhbərlik etdiyi qruplar var. Onlar eyni ssenarini həyata keçirirlər. Biz bu filmi daha əvvəl görmüşük."

“İki sahil” xəbər verir ki, bunu yenidən Venesuelada president seçilən Nikolas Maduro deyib.

Venesuelaya qarşı planlaşdırılan hər hansı hücuma dözməyəcəklərini vurğulayan Maduro, "Bu dəfə Venesuelada konstitusiya və qanuna hörmət ediləcək. Nə nifrətə, faşizmə, yalana, nə də manipulyasiyaya icazə verilməyəcək", - deyib.

Dövlət başçısı may ayından bəri ona qarşı 5 sui-qəsd planının hazırlandığını və bunların aradan qaldırıldığını söyləyib.

Beynəlxalq müşahidəçilərə təşəkkür edən Maduro Venesuelanın hər zaman demokratiya və qanuna önəm verdiyini bildirib.

Qeyd edək ki, Seçki Şurasının açıqladığı nəticələrə görə, Maduro 51,20 faizlə üçüncü dəfə prezident seçkilərində qalib gəlib.

Venesuela müxalifət koalisiyasının Birləşmiş Demokratik Platformasının (PUD) namizədi Edmundo Qonzales seçki nəticələrini rədd etdiklərini açıqlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”