05 avqust 2024 01:01
335

XİN başçıları Qəzzada atəşkəs şərtlərini müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Misirin xarici işlər naziri Bədr Abdel Ati Qəzza zolağında atəşkəs şərtlərini müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, nazirlər telefon danışığı zamanı regionda gərginliyin azaldılmasını müzakirə ediblər: “Söhbət zamanı Fələstin-İsrail münaqişəsi zonasında tezliklə atəşkəs və regionda gərginliyin ümumi şəkildə azaldılmasının vacibliyi vurğulanmaqla, Yaxın Şərqdə yaranan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, Moskva və Qahirənin Yaxın Şərq problemlərinin həllindəki kordinəli əməkdaşlığının diqqət mərkəzində saxlanılmasının prioritet mövzu olması təsdiqlənib.”.

Bildirilib ki, telefon danışığı Misir tərəfinin təşəbbüsü ilə baş tutub.