12 avqust 2024 17:28
365

Uşakov Serbiya Baş nazirinin müavini ilə görüşüb

Avqustun 12-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin ilə görüşüb.

“İki sahil”  xəbər verir ki, TASS-ın Rusiya dövlət başçısının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı Rusiya-Serbiya əməkdaşlığının aktual məsələləri müzakirə olunub.

Bundan əvvəl Serbiyanın baş nazirinin müavini respublikanın çevrilişin qarşısını almaq üçün Rusiya ilə əməkdaşlıq etdiyini bildirmişdi.